Gömrükdə qadınları söyən gömrük zabiti işdən qovuldu - VİDEO

Gömrük postlarından birində ölkədə gələn Azərbaycan vətəndaşlarına qarşı kobudluq edən, qadın-kişi demədən onları söyən və bağlamalarını alıb yerə tullayan gömrük zabiti işdən qovulub.
Avtosfer.az xəbər verir ki, bu barədə virtualaz.org-a Dövlət Gömrük Xidmətinin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, həmin gömrük zabitinin sərhəd-gömrük keçid məntəqəsində vətəndaşlarla necə davrandığına dair videokadrlar sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən həmin zabit İrandan qayıdan vətəndaşlarla heç bir əsas olmadan kobud davranır, onların bağlamalarını alıb yerə atır, özlərini söyür. O, əl çantasını gömrük baxışı üçün təqdim etməyə çalışan qadını əliylə hədələyib deyir: "Kor sənsən. Mənim beynimdə 24 milyon şey var...rüşeym, hüceyrə var, sən həmişə də gedibsən..”
Bu videorolik sosial şəbəkələrdə kəskin tənqidlərə səbəb olub. Dövlət Gömrük Xidmətinin mətbuat xidməti geniş rezonansa səbəb olmuş bu kadrlarla bağlı virtualaz.org-a bildirib ki, həmin əməkdaş Azərbaycanın Gürcüstanla sərhədindəki "Sınıq Körpü” gömrük məntəqəsinin əməkdaşı Kamal Hüseyn oğlu Nəzərovdur. Və o, artıq vəzifədən azad edilib və gömrük orqanlarından xaric olunub.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












