Gömrükdə qanunsuz siqaret aşkarlandı - 40000 ədəd

Azərbaycana qanunsuz gətirilən aksiz markaları olmayan siqaretlər aşkarlanıb. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Minsk-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı baqajlarını götürüb gömrük nəzarətindən keçib zonanı tərk etmək istəyərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq “X-ray” intereskoprentgen aparatına yönəldilib. Gömrük əməkdaşı monitorda siqaretlərə bənzər əşyaların təsvirlərini gördüyündən həmin vətəndaş saxlanılaraq əl yükündə və baqajında gömrüyə mütləq qaydada bəyan ediləsi əşyaların olub-olmaması barədə şifahi sorğu-sual edilib. Gömrükçülərin şübhələrini inkar edən həmin şəxs baqajının içərisindəki malların yoxlanılması üçün müvafiq qanunvericiliyə uyğun olaraq gömrüyün yoxlama otağına dəvət olunub. Yoxlama zamanı vətəndaşa məxsus 2 ədəd əl çantası və 1 ədəd karton qutunun içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, electron və ya şifahi formada bəyan edilməyən, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan 40 000 ədəd siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












