Gömrükdə yük avtomobilindən 506 kq heroin çıxdı - FOTO+VİDEO

Aprelin 17-də Astara Gömrük İdarəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olan Volvo markalı yük avtomobilinin sürücüsü Belarusiya Respublikasının vətəndaşı 39 yaşlı Aleksandr Antonoviç Kuzmin idarə etdiyi nəqliyyat vasitəsilə tranzit yolla İran İslam Respublikasından Belçikaya 20 ton 200 kq kişmiş yükü apardığını bəyan edib. Əvvəlcədən daxil olan əməliyyat məlumatı əsasında Volvo markalı avtomobil “HCVC 6032” markalı stasionar-rentgen qurğusundan keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, avtomobildəki kişmiş yükünün arasındakı qaraltılar gömrükçülərdə şübhə doğurduğundan yükə fiziki baxış keçirilməsi qərara alınıb.
Gömrük yoxlaması zamanı 1997 kişmiş qutusundan 100-də xüsusi üsulla dördbucaq şəkildə qablaşdırılaraq qutulara yerləşdirilən 506 kiloqram narkotik vasitə heroin aşkar edilib. Avtomobilin sürücüsü yükün İran İslam Respublikasında yükləndiyini və son təyinat məntəqəsinin Belçika olduğunu, yükün içərisindəki narkotik vasitə-heroindən isə ümumiyyətlə xəbərsiz olduğunu bildirib. Aşkar edilən narkotik vasitə hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülüb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.
Xatırladaq ki, bu son 1 ayda Azərbaycan gömrükçülərinin narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində həyata keçirdiyi 2-ci uğurlu əməliyyatdır.
Belə ki, bu ilin mart ayının 18-də Azərbaycandan tranzit yolla keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına daşınan kişmiş yükünün içindən Xaçmaz Gömrük İdarəsinin “Samur” Gömrük postunda aparılan yoxlama zamanı 486 kq 698,88 qram heroin aşkar olunub.




Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?










