Goranboyda qəzaya düşən pambıqçılar evə buraxıldı

Goranboyda çaya düşən avtobusda xəsarət alaraq xəstəxanaya yerləşdirilən yaralıların hamısı evə buraxılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rüstəm Budaqov məlumat verib. Baş həkim bildirib ki, müayinə zamanı yaralılarda həyatı təhlükəli xəsarətlər aşkar edilməyib: "Axşam hamısını müayinə etdik, vəziyyəti ağır olan olmadığı üçün hamısını ambulator müayinəyə yazdıq. Hazırda həmin şəxslərin hamısı ev şəraitində müalicə olunur". R.Budaqov bildirib ki, hadisə nəticəsində Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən 2 nəfərdən birinin vəziyyəti normal olduğundan evə buraxılıb. Qeyd edək ki, oktyabrın 27-də axşam saatlarında Goranboy rayonunda fəhlələri pambıq sahəsindən gətirən avtobus rayonun Dəliməmmədli kəndində körpüdən çaya aşıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, hadisə zamanı 25 nəfər xəsarət alıb. Onlardan ikisi Gəncə şəhər Mərkəzi Xəstəxanasına, 23 nəfər isə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












