Banner

Gorus-Qafan yolunda İran maşınları vergi ödəyir

Gündəm 22 Oktyabr 2021 13:33 Oxunub 798
Gorus-Qafan yolunda İran maşınları vergi ödəyir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bundan sonra İran yük avtomobilləri Azərbaycanın buraxılış məntəqəsindən keçəcəklər.

Avtosfer.az xəbər verir ki, bunu Gorusun vitse-meri Karo Köçəryan deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti artıq buraxılış məntəqəsinin tikintisini bitirib.

O, hazırda buraxılış məntəqəsi qarşısında İrandan olan çoxlu sayda yük maşınının toplaşdığını söyləyib.

Köçəryan həmçinin Azərbaycan hökumətinin yanacaqdoldurma stansiyasının tikintisinə başladığını da deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh