Göyçayda 11 kəndi birləşdirən avtomobil yolu yenidən qurulur - VİDEO

Göyçay rayonunda Cəyirli-Ləkçiplaq-Qaraxıdır-Bəydövül-Alpoud avtomobil yolunun yenidənqurulması işlərinə başlanılıb. Avtosfer.az-ın xəbərinə görə, “Azəravtoyol” ASC tərəfindən III texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun ümumi uzunluğu 23 kilometrdir. Hazırda ərazidə ağır texnika və işçi qüvvəsi çalışır. Əvvəlcə yolda söküntü və torpaq işləri görülür, yol yatağı və yol əsası inşa edilir. Uzun illərdir ki, istismar olunduğu üçün yararsız hala düşən mövcud 4-cü texniki dərəcəli bu yolun eni 6 metr olub. Yaşayış məntəqələrində əhalinin sayının artması və avtomobillərin intensiv hərəkəti zamanı yaranan sıxlıq nəzərə alınaraq yeni layihəyə əsasən hazırda aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 6 metrdən 12 metrədək genişləndirilib. Dövlət proqramına uyğun olaraq salınan yeni yol 4 hərəkət zolağından ibarət olacaq.
“Göyçay 17 saylı Yol İstismar” MMC-nin baş mühəndisi Orxan Mütəllimov APA-ya bildirib ki, yol yatağında daş və torpaq bərkitmə işləri bitdikdən sonra əraziyə qalınlığı 5 və 7 santimetr olacaq ikiqat asfalt-beton örtüyü döşənəcək. Hazırda Alpoud və Bəydövül kəndləri ərazisində yolun söküntüsü, tarazlanması və bərkitmə işləri görülür, müxtəlif diametrli yeraltı suötürücü borular quraşdırılır. Əraziyə müxtəlif təyinatlı 20-dən çox ağır texnika və işçi qüvvəsi cəlb olunub. Mart ayında yola yeni asfalt örtüyünün vurulması işlərinə start veriləcək. Yolun bu ilin mayınadək istismara verilməsi nəzərdə tutulur.
Yolda tikinti işləri bitdikdən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları qoyulacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq, avtobus dayanacaqları, məktəblərin qarşısında piyada keçid nişanları qoyulacaq.
Qeyd edək ki, Cəyirli-Ləkçiplaq-Qaraxıdır-Bəydövül-Alpoud avtomobil yolunun yenidən qurulması 11 yaşayış məntəqəsinin 16 mindən çox sakininin Göyçay şəhərinə gediş-gəlişini, eləcə də Bakı-Şamaxı-Yevlax və Bakı-Qazax magistral avtomobil yollarına rahat, maneəsiz və təhlükəsiz şəkildə çıxışını təmin etməklə, yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












