Göyçayda iki avtobus yanıb – FOTO

Göyçay rayonunda yanğın hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə ötən gecə saat 2:00 radələrində Göyçay şəhərindəki “Göyçay-Avtonəqliyyat” ASC-nin həyətində baş verib. Rayon sakinlərinə məxsus “PAZ” markalı iki sərnişin avtobusunun mühərrik yeri və salonu tamamilə yanaraq yararsız hala düşüb. Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib, təhlükənin qarşısı alınıb. Şəhərin mərkəzində yerləşən “Göyçay-Avtonəqliyyat” ASC-nin həyətində baş verən yanğın söndürülüb və ətrafdakı avtobuslar, inzibati bina, ticarət mərkəzi, evlər, irigövdəli ağaclar yanğından mühafizə edilib. Polis əməkdaşları hadisə yerinə və təhlükəsizlik kamerası vasitəsilə yanğının baş vermə anına baxıblar. Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, yanan avtobuslar bir neçə vaxtdır ki, qarajda istifadəsiz qalıb. Sərnişin daşınmada istifadə edilməyən bu avtobusların gecə saatlarında qəflətən hansı səbəbdən yandığı məlum deyil. Avtobusların yandırıldığı ehtimal olunur. Bildirilir ki, bir həftə öncə gecə saatlarında bu avtobusların yanında dayanmış “Mercedes” markalı sərnişin avtobusu da naməlum səbəbdən yanaraq yararsız hala düşüb.
Qeyd edək ki, əraziyə nəzarət edən gecə növbətçisi polis əməkdaşlarına izahatında havanın qaranlıq olduğu üçün yanğın vaxtı ərazidə heç kimi görə bilmədiyini və yanğının avtobusun mühərrikindəki nasazlıq səbəbindən baş verə biləcəyini deyib.
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB


















