Göyçayda külək binanın damını qopardı: 5 avtomobil əzilib - FOTO

Göyçayda dünən səhər saatlarından başlayaraq əsən güclü külək bu gün də fəsadlar törədib, dağıntılara səbəb olub. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, qasırğa bu gün səhər saat 6:00 radələrində Göyçay şəhərində 10-a yaxın hündür mərtəbəli yaşayış binasının dam örtüyünü qopararaq yerə salıb. Hadisə nəticəsində dəmir dam örtükləri binaların yanında dayanmış minik avtomobillərinin üzərinə düşüb. Ümumilikdə 5 ədəd minik avtomobili əzilib. Avtomobil sahiblərinə xeyli maddi ziyan dəyib. Həmin vaxt ərazidə adam olmadığı üçün xəsarət alan olmayıb.
Külək irigövdəli çinar ağaclarını da aşırıb. Ağacların budaqları fərdi yaşayış evlərinin, mağazaların və sosial obyektlərin üzərinə düşüb. Küləyin təsiri nəticəsində rayonun elektrik təsərrüfatına da ciddi ziyan dəyib. Yüksək gərginlikli elektrik naqilləri qırılıb, dirəklər aşıb.
Dünən səhər saatlarından indiyədək Göyçay şəhərinin bir hissəsinə və rayonun kəndlərinə elektrik verilişi tamamilə dayanıb. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri ərazilərə baxış keçirir, vətəndaşlarla görüşür, dəymiş ziyan araşdırılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













