Göyçayda sərxoş kişilər bir ailənin 4 üzvünü döyüb, avtomobili əzdilər

Göyçay rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın yerli bürosunun xəbərinə görə, dünən saat 23:00 radələrində Göyçayın Yalman kəndində kənd sakini, 1969-cu il təvəllüdlü Əzizov Nəbi Bahadur oğlunun idarə etdiyi 23-BQ-519 dövlət nömrə nişanlı “VAZ - 2106” markalı minik avtomobilinə daş atılıb. Avtomobili onun həmkəndliləri 1958-ci il təvəllüdlü Qafarov Qara Hüseyn oğlu və qardaşı oğlanları Ceyhun Qafarovla Sahil Qafarov daşa basıblar. N. Əzizov avtomobilini saxlayaraq onlara etiraz etdikdə özü və maşındakı ailə üzvləri hücuma məruz qalıb. Hadisə zamanı N. Əzizov, onun həyat yoldaşı, 1974-cü il təvəllüdlü Əzizova Afilə Fazil qızı, qızı 2000-ci il təvəllüdlü Samirə Əzizova və oğlu 1994-cü il təvəllüdlü Nizami Əzizov döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə zamanı Qara Qafarovun da xəsarət aldığı bildirilir. Xəsarət alan şəxslər Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı N.Əzizovun avtomobili ilə “VAZ - 2107” markalı daha bir maşın əzilib.
Hadisəni törədən şəxslərin spirtli içki qəbul etdiyi bildirilir. Məlumata görə, hadisə ailə üzvləri yaxın qohumun evindən bayram qonaqlığından qayıdarkən baş verib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












