Göyərtəsində 50 nəfərin olduğu gəmi itib - Sakit okeanda

Kiribati və Yeni Zelandiyanın xilasetmə xidmətləri Sakit okeanda itən və göyərtəsində 50 nəfərin olduğu gəminin axtarışlarını aparır. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə şənbə günü "New Zealand Herald" qəzeti yazıb. Nəşrin məlumatına görə, gəmi Nonouti adasının limanından yanvarın 18-də çıxıb və iki gündən sonra Kiribatinin paytaxtı Cənubi Tarava şəhərinə çatmalı idi. Gəminin yoxa çıxmasından sonra yerli hökumət gəminin axtarışı və xilasedilməsi əməliyyatlarına başlayıb. Bu həftə əməliyyatlara Yeni Zelandiyanın xilasetmə xidməti və müdafiə qüvvələri də qoşulub. Bildirilir ki, bərə yüksək tezlikli radio ilə təchiz olunub, lakin gəmidə yanacaq və sərnişinlər üçün ərzaq məhsullarının kifaytə qədər olub-olmadığı məlum deyil.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












