Göyərtəsində 80 sərnişinin olduğu bərənin axtarışı davam edir

Sakit okeanda itkin düşən bərənin göyərtəsində 80-dən çox adam olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə gəminin Kiribati adaları arasında hərəkət etdiyi Sakit okeandakı ada-dövlət Kiribatinin rəsmiləri məlumat veriblər.
Milli xilasetmə xidmətinin nümayəndəsi bərədə, təqribən, 80 sərnişin və 5 ekipaj üzvünün olduğunu söyləyib.
Qeyd edilib ki, Kiribati başçısı hadisə ilə bağlı yanvarın 31-də rəsmi açıqlama vermək niyyətindədir.
Xatırladaq ki, hadisə bu il yanvarın 18-də baş verib. "MV Butiraoi" bərəsi Nonouti adasından yola çıxıb və iki gün sonra təxminən 280 km şimal-qərbdə yerləşən Tarava adasına gəlməli idi. Ancaq bunun əvəzinə bərə ilə əlaqə itib.
Əvvəlcə axtarışla yalnız Fici səlahiyyətləri məşğul olub, yanvarın 27-də isə əməliyyata Yeni Zelandiyanın Xilasetmə Koordinasiya Mərkəzi (RCCNZ) qoşulub.
Yanvarın 28-də bərənin 7 sərnişini xilas edilib. Yeni Zelandiyanın patrul təyyarəsi okeanda içərisində insanların olduğu qayığı aşkarlayıb. Sağ qalanlar bərənin batdığını söyləyib. Özü də sərnişinlərin xilas olmaq üçün çox az vaxtı olub.
Hazırda bərənin digər sərnişinlərinin axtarışı davam etdirilir. Axtarışlar Yeni Zelandiya, Avstraliya və ABŞ qüvvələri tərəfindən aparılır.
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB










