Göygöl polisi kimsəsiz uşaq tapıb – FOTO

Göygöldə kimsəsiz uşaq tapılıb. Post Patrul Xidmətinin əməkdaşları tərəfindən aşkarlanan azyaşlı valideynləri müəyyən edilənədək uşaq evinə təhvil verilib.
Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, mahnı oxuyub feyziyab olan bu balacanı ötən gün axşam saatlarında Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları Quşqara kəndi ərazisində fərdi yaşayış evlərindən bir qədər aralıda tapıblar. Azyaşlı diqqəti cəlb etdiyindən asayiş keşikçiləri onun harada yaşamasını və valideynləri barədə məlumat almağa çalışıblar. Təxminən 6-7 yaşı olan balaca ilə aparılan ilkin söhbətdən sonra uşaq Göygöl Rayon Polis Şöbəsinə gətirilib.
Dəniz -tapılan uşaq: “Adım Dənizdir. Bakıdan gəlirdim. Qardaşım gətirib. Qardaşım məni bura qoyub getdi. Dedi gəz. Gəlmə Bakıya, Yevlaxa gedəcəyik. Məndə dedim heç nə gedin. Qardaşımın yanında heç kim yox idi”.
Göygöl polisi Dənizin valideynlərinin tapılması istiqamətində tədbirlərə başlayıb. Ancaq araşdırmalar hələ bir nəticə verməyib.
Paşa Abbas -baş inspektor: “Uşağın deməsinə görə, atasının adı Rövşən, anasının adı isə Güllüdür. Bakı şəhərində Papanin adlanan ərazidə yaşayır. Hazırda valideynlərin müəyyən edilməsi istiqamətində axtarışlarımız davam edir. Uşağı görüb tanıyanlardan xahişimiz ondan ibarətdir ki, Göygöl Rayon Polis Şöbəsinə və yaxud da yaxınlıqda yerləşən polis orqanlarına müraciət edib məlumat versinlər.
Valideynləri müəyyən ediləndək isə polis əməkdaşları Dənizi Gəncə şəhərində fəaliyyət göstərən uşaq evinə təhvil verməyi planlaşdırır.

Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












