Göygöldə dəhşətli cinayət - İki qadın...

Göygöl rayonunda iki qadın amansızlıqla qətlə yetirilib. Onlardan biri başı kəsilərək öldürülüb, digərinə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib Belə ki, Qızılca kəndinin sakinləri Təcili Tibbi Yardım Stansiyasına (TTSİ) zəng edərək iki naməlum şəxsin öldüyü barədə məlumat veriblər. Hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları orada bir nəfərin başının bədənindən ayrıldığını, digərinin isə müxtəlif dəcəli bədən xəsarətləri ilə yaralandığını görüblər. Təcili tibbi yardım briqadası hadisə yerinə gələrkən hələ həyatda olan yaralı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, əraziyə baxış keçirilib.
Göygöldə qətlə yetirilən ana və qızının kimliyi məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yeni Qızılca kənd sakini Əliyev Zaur Adil oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və qayınanası, həm də xalası olan 1964-cü il təvəllüdlü Əliyeva Minayəni bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən Z. Əliyev saxlanılıb. Məlumata görə ailənin iki övladı var.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Report
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












