Göygöldə evləri, Gəncədə küçələri su basdı - VİDEO

Göygöl rayonunun Topalhəsənli kəndinə sel gəlib.
Viideogörüntülər sosial şəbəkələrdə yayılıb.
Göygöl Rayon İcra Hakimiyyətinin Topalhəsənli kəndi üzrə icra nümayəndəsi Cavid Əliyev məlumatı təsdiq edib.
O bildirib ki, təxminən 1 saat öncə gələn sel suları çayın yaxınlığındakı bir neçə yaşayış evinin həyətinə dolub:
“Hazırda əraziyə baxış keçirilir. Selin istiqaməti bağçalara, həyətyanı sahələrə yönəldilib. Heç bir ciddi fəsad yoxdur. Hazırda müvafiq qurumların əməkdaşları ilə sel sularının daha geniş ərazilərə yayılmasının qarşısını almaq üçün tədbir görülür”.
Qeyd edək ki, kəskin yağışlı hava şəraiti Gəncədə də müşahidə edilib. Belə ki, sel suları Gəncə şəhərinin mərkəzi küçələrinə dolub. Nəqliyyatın və piyadaların hərəkətinə çətinlik yaradıb. (oxu.az)
Ramazan ayının on beşinci gününün duası - İmsak və iftar vaxtı
Yaxın Şərqdəki müharibə Azərbaycanda radiasiya riski yaradır? - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti bahalaşdı; qiymət artını nə vaxta qədər davam edəcək? – Ekspert AÇIQLADI
Rusiya və Çin İrana müharibədə niyə dəstək vermir? – Politoloq səbəbləri AÇIQLADI
Maşını vağzalın önünə park edənlərə görə sürücülər 4 saatdır gözləyir - VİDEO
Azərbaycanda nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edilib
Bakıda sahibsiz itlər sakinləri qorxu içində saxlayır – Tədbir görən yoxdur - VİDEO
Bakı Vaqon Təmiri Zavodu Azərbaycan üçün hansı əhəmiyyətə malik idi? – Ekspert AÇIQLADI
Taksi dayanacaqlarının ZƏBT OLUNMASI: "Qayda pozmağa məcbur qalırıq" - FOTO - VİDEO
Tələbələrə ictimai nəqliyyatda endirim ediləcək
"TikTok"dakı qeyri-etik paylaşımlara görə həbs edildilər








