“Göygöl”ə aparan bərbad yolun sahibi TAPILDI

Bir neçə gün əvvəl ictimailəşdirdiyimiz problem-bərbad vəziyyətdə olan Göygöl rayonundan “Göygöl” qoruğuna (Milli Park) gedən yolun nəhayət sahibi tapıldı. Bu haqda Modern.az saytına bəzi araşdırmalar apardıqdan sonra “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Qurum rəsmisi söhbətin R-19 respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolundan getdiyini qeyd edib: “Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyindən Toğana və Çaykənd (sol) istiqamətində və “Göygöl” qoruğuna (sağ tərəfə təxminən 5 kilomertlik yoldur) yol ayrılır. Toğana-Çaykənd yolu “Azəravtoyol”un, “Göygöl” qoruğu-Maralgöl istiqamətində olan yol Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır. Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrə qədəri cari təmirlə saxlanılır. 35-ci km-dən o tərəfə - Toğana istiqamətinə yolun əsaslı təmirə ehtiyac var”.
A.Nəcəfli bildirib ki, yolun təmiri üçün vəsaitin ayrılması Prezidentin səlahiyyətində olan məsələdir: “Ölkə başçısı mütəmadi olaraq yolların əsaslı təmir olunması üçün sərəncamlar verir. Ümid edirik ki, yaxın gələcəkdə həmin yol da təmir olunacaq. Özü də Kəlbəcər, Laçına qədər...”.
Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. 2008-ci ildə Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik ərazilərin hesabına sahəsi genişləndirilərək, 12755 ha ərazidə Göygöl Milli Parkı yaradılıb. Onun 5094 hektarı meşə, 109 hektarı su, yerdə qalan hissəsi isə açıq və dağ sahələridir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












