Gözlənilən qatar artıq Gürcüstandadır

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən, bərə keçidlərini və quru yolu əhatə edən eksperimental konteyner qatarı artıq Gürcüstan limanına çatıb.
Avtosfer.az azərtac-a istinadən bildirir ki, bu barədə Ukraynanın infrastruktur naziri Andrey Pivovarski Nazirlər Kabinetinin iclasında məlumat verib. O deyib: "Qatarımız çox sürətlə hərəkət edir. O, artıq Gürcüstan limanına çatıb, Gürcüstan ərazisinə daxil olur və sonra Azərbaycan istiqamətində hərəkət edəcək. Allaha şükür ki, hələlik heç bir texniki nasazlıq müşahidə olunmayıb. Logistika tənzimlənir. Ayın sonuna qədər logistika tam tənzimlənəcək. Həmin müddətdə yüklə doldurulmuş qatar Çin tərəfdən artıq geriyə hərəkət edəcək. Geriyə logistikanı da tam tənzimləyəcəyik, amma artıq sifarişlər gəlir".
Xatırladaq ki, Ukrayna yanvarın 15-də bərə keçidləri və quru yolu daxil olan Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə 10 vaqon və 20 qırxfutluq konteynerdən ibarət eksperimental qatarı yola çıxarıb. Qatarın Qazaxıstan-Çin sərhədində "Dostık" stansiyasına qədər məsafəni 11-12 günə qət edəcəyi gözlənilir.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












