Güclü duman səbəbindən Gəncəyə aviareyslər yubanır

İstanbul-Gəncə reysi qatı duman səbəbindən yubanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Naxçıvan hava limanında eniş edən təyyarənin Gəncəyə uçuşu davam etdirməsi bir neçə saatlıq gecikib.
Qeyd edək ki, Türk Hava Yollarının İstanbul-Gəncə reysi ilə uçan təyyarə yerli vaxtla 08:30-da Gəncəyə eniş etməli idi. Bu reys həftənin şənbə və bazar günləri həyata keçirilir.
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin “Report”a verdiyi açıqlamaya görə, AZAL-ın uçuşları qrafikə uyğun aparılır: "AZAL-ın bu gün qrafik üzrə Gəncəyə uçuşları yoxdur".
Rusiyada yağan güclü qar səbəbindən aviareyslərin gecikməsinə münasibət bildirən P.Kəsəmənski bildirib ki, artıq təyyarə "Vnukova" aeroportundan havaya qalxıb, “Domodedovo” aeroportundan isə bir qədər sonra uçuş başlayacaq: "Bizdə hər şey cədvələ uyğun gedir. Heç bir problem yoxdur".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report"a açıqlamasında qeyd edib ki, bu gün gecə və səhər saatlarında Gəncə-Qazax bölgəsində duman müşahidə olunub: "Hazırda da Gəncədə dumanlı hava şəraiti davam edir".
Büronun direktoru qeyd edib ki, dekabrın 2-3-də ölkə ərazidində hava şəraiti yağmursuz olacaq: "Lakin bəzi şərq və cənub rayonlarında xüsusi ilə də Lənkəran və Astara zonasında yağışlı hava şəraiti müşahidə olunacaq".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












