Güclü fırtına 4 nəfərin ölümünə və dağıntılara səbəb oldu - VİDEO

ABŞ-ın Kaliforniya ştatının Cənubi Kaliforniya şəhərində güclü fırtına nəticəsində 4 nəfər ölüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, təbii hadisə zamanı həmçinin Los Ancelesdə və San Dieqoda çoxlu sayda yolları su basıb. Bir sıra şəhərlərdə ötürücü xətlər sıradan çıxıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar yaranan bədbəxt hadisələr insan tələfatına səbəb olub. Belə ki, ağacın aşması nəticəsində elektrikötürücü xətləri qırılıb və avtomobilin üstünə düşüb. Nəticədə avtomobilin sürücüsü elektrik cərəyanından dünyasını dəyişib. Bununla yanaşı, güclü yağışlar insanların öldüyü avtomobil qəzasına səbəb olub. Los Anceles yaxınlığında iki avtomobil su ilə dolu olan böyük quyuya düşüb. Xilasedicilər batmaqda olan avtomobildəki qadını xilas etməyə müvəffəq ola biliblər.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












