Güclü geomaqnit qasırğası başladı – Təhlükə

Sentyabrın 6-da baş verən X-9 sinifli rentgen alışmasından sonra planetlərarası fəzaya atılan Tac Plazma Kütləsinin (CME) təsirləri gözlənildiyindən də tez, dünən axşam saatlarında Yer ətrafına çatıb və son illərin ən güclü geomaqnit qasırğasının yaranmasına səbəb olub. Hazırda Günəş plazma küləyinin sürəti 726 km/san-dir.
Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.
O bildirib ki, güclü geomaqnit həyəcanlanması hələ bir neçə gün davam edəcək: “Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 8-dir (maksimum 9 olur). Yaxın saatlarda G3-G2 sinifli qasırğalar gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11-ildə 1-2 dəfə baş verir”.
“Hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin şimal istiqamətinə yönəlməsi vəziyyətin daha dramatik olmasının qarşısını alır”- deyən mütəxəssis qeyd edib ki, hazırda Günəş diskinin görünən səthində 4 aktiv ləkə qrupunda (AR) 94 ləkə müşahidə olunur: “Bu qruplar kifayət qədər böyükdür. Hətta AR 2673 və AR 2674 Yerdən tutqun şüşə ilə baxdıqda adi gözlə görünə bilər (qətiyyən birbaşa baxmaq olmaz). AR 2673 daha təhlükəli sayılır və maqnit sahəsi o qədər mürəkkəbdir ki, (“beta-qamma-delta” adlanan ən mürəkkəb quruluş) bu ləkələrin yanında hər an ixtiyari gücə malik, o cümlədən ən güclü rentgen X-sinfinə malik Günəş alışmaları baş verə bilər. Bu ehtimal 50 faizə çatıb və böyük rəqəmdir (orta gücə malik alışmaların generasiya ehtimalı üçün isə bu rəqəm hətta 75 faizdir)”.
“Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər. Budəfəki qasırğa artıq texnoloji sistemlərə də ciddi təsir göstərib. Artıq hər iki Amerika qitəsi ərazisində aşağı tezlikdə işləyən kommunikasiya siqnallarının işində təqribən 1 saatlıq deqradasiya yarandığı haqda məlumatlar yayılıb. Bu təsir R3 sinfinə mənsub (maksimum R5-dir) radio donma qasırğası olub. Digər tərəfdən, S1 sinifli radiasiya qasırğası da qeydə alınıb (bu, adətən qütblərdə yüksək tezlikli elektromaqnit dalğalarının yayılmasına mənfi təsir göstərir). Göründüyü kimi, kosmik hava şəraiti çox əlverişsizdir. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır” - E.Babayev qeyd edib.
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI










