Banner

Güclü külək 11 yük avtomobilini aşırdı, xəsarət alan var - VİDEO

Gündəm 13 İyun 2020 13:08 Oxunub 2108
Güclü külək 11 yük avtomobilini aşırdı,  xəsarət alan var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır

Rusiyanın Stavropol diyarında yağışla müşahidə olunan güclü külək bir neçə yük avtomobilini aşırıb. Avtosfer.az xəbər verir ki, insident Andropovsk rayonu ərazisində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, güclü külək səbəbindən “Qafqaz” Federal avtomagistralında 9-u “Qazel”, 2-si TIR olmaqla, ümumilikdə 11 yük maşınını aşıb.

Bildirilir ki, hadisə zamanı 1 nəfər yaralanıb. Yaralı, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Son məlumatlara görə, Andropovsk rayon ərazisində 3005 evdə yaşayan 10 min insan elektrik enerjisiz qalıb. Bundan əlavə 2 evin damı da uçub.

Kursavka kəndində evə ildırım düşməsi nəticəsində qısa qapanma baş verib, ancaq yanğın olmayıb. Həmçinin, iki ağac aşıb.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

 

Namiq Musayev

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh