Güclü külək 8 maşını yararsız hala saldı, xəsarət alanlar var - VİDEO

Ötən axşamdan başlayaraq Zaqatalada güclü küləklə müşayiət olunan leysan yağıb. Külək rayon mərkəzinə və bir neçə kəndə ciddi ziyan vurub. 11 çoxmənzilli yaşayış binasının, 39 fərdi yaşayış evinin və bir neçə inzibati binanın dam örtüyü uçub. Bəzi ərazilərdə dam örtüyü uçaraq maşınların üzərinə düşüb və 8 minik avtomobili zədələnib. 30-a yaxın iri gövdəli ağac aşıb, rabitə və qaz xətləri qismən sıradan çıxıb. Rayonun bəzi hissələrinə enerji və təbii qazın verilişində fasilələr yaranıb. Səhər saatlarından etibarən fəsadların aradan qaldırılmasına başlanılıb. Yollar təmizlənib,elektrik enerjisinin verilişi tam,təbii qazın verilişi isə əksər hissələrdə bərpa edilib. Tikinti materialları gətirilərək ziyan dəymiş binaların bərpasına başlanılıb.
Güclü külək və leysan Balakəndə də fəsadlara yol açıb. Rayon mərkəzində və 17 kənddə 400-dən çox fərdi yaşayış evinə,150-dən çox yardımçı tikiliyə, sahibkarlıq obyektlərinə, inzibati binalara və məktəblərə ciddi ziyan dəyib. Rayon Mərkəzi Xəstəxanasının dam örtüyü uçub, əməliyyat bloku sıradan çıxıb.
Təcili tibbi yardım maşınlarının və növbədə olan həkimlərin sayı artırılıb.Elektrik və rabitə sisteminə də ziyan dəyib.Rayonda təbii qazın verilişi dayandırılıb.Talalar kəndində Güclü külək zamanı uçan yardımçı tikili qayınana və gəlinin üzərinə düşərək xəsarət yetirib.Onlar Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










