Güclü külək Bakı aeroportunun işinə təsir etməyib

Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan güclü külək Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə maneçilik törətməyib. Avtosfer.az xəbər verir ki, bu barədə Hava Limanından “Report”a bildirilib ki, təyyarələrin yola salınması və qəbulu tərtib olunan qrafikə uyğun həyata keçirilir: “Bu gün hava limanında aviauçuşlar adi qaydada davam etdirilir. İndiyə qədər nəzərdə tutulan heç bir reys təxirə salınmayıb. Hələ ki, mövcud hava şəraiti uçuşların həyata keçirilməsində problem yaratmayıb”. Qeyd edək ki, dünən ETSN təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib. Belə ki, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Bu gün Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










