Güclü külək səbəbindən 200 aviareys gecikir və ya təxirə salınıb

Gündəm 12 Noyabr 2016 10:00
Güclü külək səbəbindən 200 aviareys gecikir və ya təxirə salınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şeremetyevoda 80 reys gecikir, 91-i ləğv olunub

Moskva hava limanlarında davam etməkdə olan külək səbəbindən yüzlərlə aviareysdə gecikmə yaranıb. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Şeremetyevo"da 80 reys gecikir, 91-i təxirə salınıb, daha 20 reys "Domodedovo"da gecikir və 12-si təxirə salınıb.

Öz növbəsində, aviadispetçer xidmətlərindəki mənbədən "İnterfax"a verilən məlumata görə, qartəmizləyən texniklar hava limanlarında gücləndirilmiş rejimdə işləyirlər.

Lakin aerodromların təmizlənməsi üçün zamana ehtiyac var. Mənbənin sözlərinə görə, bu səbəbdən reyslərdə gecikmə yarana bilər.

Oxunub : 1114
ŞƏRH YAZ
Ad

E-mail

Şərh