Güclü külək və qarlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Hazırda müşahidə edilən güclü külək və qarlı hava şəraiti ilə əlaqədar paytaxt yollarında qəzaların baş verəcəyi (svetoforların vurulması ilə nəticələnən qəzalar da daxil) və nəqliyyat sıxlığının yaranacağı istisna edilmir.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müraciətində deyilir.
Bildirilir ki, yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkəti, yarana biləcək problemlərin vaxtında qarşısının alınması üçün Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib və texniki heyətin sayı artırılıb.
"Operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edirik ki, paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı problemlə rastlaşdıqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər", - məlumatda qeyd edib.
Obyektlərin icarə xərcləri onlayn ticarətə təkan verir – Ekspert RƏYİ
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı










