Güclü küləyə görə Xəzərdə bütün gəmilərin hərəkəti dayandırılıb  - VİDEO
Gündəm 28 İyul 2021 19:14 Oxunub 3768
Güclü küləyə görə Xəzərdə bütün gəmilərin hərəkəti dayandırılıb   - VİDEO

Ölkə ərazisində müşahidə olunan güclü küləklə əlaqədar Xəzər dənizinin Azərbaycan sularında bütün gəmilərin hərəkəti dayandırılıb. Onlar Türkan reydindəki təhlükəsiz sığınacaqlara yerləşdirilib.

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinin sözçüsü Pərvanə İmanova dünən axşamdan başlayan təhlükəli hava şəraiti ilə bağlı açıqlamasında bildirib ki, mərkəzin mütəxəssisləri texniki vasitələrlə müşahidənin gücləndirilməsi, ümumiyyətlə, gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirirlər.

Onun sözlərinə görə, Azərbaycanın ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən 50-yə yaxın irihəcmli gəmi lövbər sığınacaqlarına yerləşdirilib.

Qeyd edək ki, hava şəraiti ilə əlaqədar açıq dənizdə dalğanın hündürlüyünün 5-7 metrə, bəzi yerlərdə isə hətta 8 metrədək çatacağı, küləyin sürətinin isə saniyədə 35 metrə qədər yüksələcəyi gözlənilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh