Güclü "Lan" qasırğası "Toyota"nı "vurdu", ölənlər var

Güclü "Lan" qasırğası Yaponiya sahillərinə çatıb, ölənlər var, regional hakimiyyət orqanları məcburi təxliyyə elan ediblər. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Telekanalın xəbərinə görə, Fukuoka şəhərindəki tikinti meşələrində ağacların qırılması nəticəsində bir nəfər həyatını itirib. Öz növbəsində, "Kiodo" agentliyi təbii fəlakət nəticəsində daha bir nəfərin öldüyünü xəbər verib. Yaşlı kişi dənizdə qayığın çevrilməsi nəticəsində batıb. "Japan Airlines" və "All Nippon Airways" aviaşirkətləri bazar günü ümumilikdə 350, bazar günü isə 170 reysi ləğv ediblər. 43 min sərnişin öz planlarını dəyişməli olub. Həmçinin qatarların hərəkətində də fasilələrin yarandığı bildirilir. "Toyota" avtomobil istehsalçısı qasırğanın mərkəzinə düşən bir sıra yığım müəssisələrində işi dayandırıb.
Bir sıra bölgələrin hakimiyyət orqanları 5,6 min ailə üçün məcburi təxliyyə elan edib, daha 376 min ailəyə öz evlərini tərk etmələri tövsiyyə olunub. Hazırda qasırğa cənubdan saatda 45 km sürətlə Honsyu adası istiqamətində irəliləyir. Küləyin sürəti 162 km/saata çatır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












