Güclü leysan və dolu fəsadlar törətdi - Yardımlıda

Ötən gün axşam saatlarında Yardımlı rayonunda hava şəraiti kəskin pisləşib. Avtosfer.az xəbər verir ki, rayonun icra strukturlarından apa-ya verilən məlumata görə, təqribən 20 dəqiqə müddətində güclü dolu, ardınca leysan yağıb. Nəticədə 2 elektrik transformatoru qəzalı vəziyyətə düşüb, rayonun 10-a yaxın yaşayış məntəqəsi işıqsız qalıb.
Təbii fəlakət yol infrastrukturuna da ciddi ziyan vurub, kəndarası yolları sel suları basıb, rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib. Dolu rayonun kənd təsərrüfatından da ziyansız keçməyib. Sel hektarlarla əkin sahəsini yuyub aparıb, taxıl zəmilərinə böyük ziyan vurub, ot tədarükünü iflic vəziyyətə salıb. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində rayonun müvafiq qurumları tərəfindən tədbirlər görülür.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












