Güclü qar Moskva-Bakı aviareyslərində gecikmə yaradıb

Moskva şəhərindən Bakıya uçmalı olan iki aviareys hava şəraitinin pis olması səbəbindən gecikir. Avtosfer.az xəbər verir ki, "Şeremetyevo" hava limanının uçuş cədvəlinə istinadən xəbər verir ki, "SU 1852" və "DL 9098" saylı Moskva-Bakı aviareysləri Bakı vaxtı ilə 01:45-də havaya qalxmalı və 04:10-da paytaxta eniş etməli idilər. Reyslərdən biri "Aeroflot" ("Airbus A321"), digəri isə "Delta Airlines" hava şirkətləri tərəfindən həyata keçirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportundan "Report"a verilən məlumata görə, hər iki təyyarə Bakı vaxtı ilə 04:10-da Bakıya yola düşəcək və səhər saat 07:15 radələrində paytaxta eniş edəcək. Hazırda "Şeremetyevo" aeroportu hava şəraitinə uyğun olaraq işləyir, qarın təmizlənməsi üçün eniş-uçuş zolaqlarının bağlanması səbəbindən hava limanında uçuşu gözləyən təyyarələrin növbəsi yaranıb. Aeroportun aviadispetçer xidmətindəki mənbənin məlumatına görə, yaranmış hava şəraiti ilə əlaqədar olaraq "Şeremetyevo" hava limanı hava şəraitinə uyğun olaraq fəaliyyət göstərir. Bir saat ərzində adi vaxtlarda həyata keçirilən 55 uçuş-eniş əməliyyatı əvəzinə təqribən 20-si reallaşdırılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












