Güclü qar təyyarələrin uçuş cədvəlinə təsir göstərməyib - Azərbaycana gələn

Moskvaya yağan güclü qar Rusiya paytaxtının hava limanlarında 50-dən çox reysin təxirə salınmasına səbəb olub. “Report” xəbər verir ki, bu barədə Moskva hava məkanının aviadispetçer xidmətləri məlumat yayıb. Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, bu gün səhər saatlarından Moskva aeroportlarından Bakı, Lənkəran və Gəncə istiqamətində uçan təyyarə reyslərinin cədvəlində hələ ki, heç bir problem yaşanmayıb. Rusiya paytaxtının aerodrom xidmətləri yüksək hazırlıq rejiminə keçiblər. Gecə ərzində hava limanlarında uçuş-eniş zolaqları, perronlar və yönəldici yolların qardan təmizlənməsi işləri davam etdirilib. Bütün təyyarələrin şassiləri yola düşməzdən əvvəl buzbağlamaq əleyhinə maye ilə sürtülür. Bu prosedur 30 dəqiqə əlavə vaxt apardığından, relslərdə qısamüddətli gecikmələr yaradır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












