Güclü şaxta təyyarə, qatar və avtomobillərin hərəkətində problemlər yaradıb - FOTO

İranda müşahidə edilən əlverişsiz hava şəraiti Tehranın hava limanında uçuşların dayanmasına səbəb olub, ölkədə qatarların hərəkətində problemlər yaradıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, yanvarın 28-29-da məktəblərdə tətil elan edilib. Şənbə günü axşamdan başlayan qar yağışı, çovğunlu və şaxtalı hava şəraiti ötən gün günün ikinci yarısınadək davam edib. Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı yaxınlığında qarın hündürlüyü 70 sm çatır. Qarın ağırlığından ağacların budağı sınıb, elektrik enerjisi xətləri sıradan çıxıb. İmam Xomeyni və Mehrabad Hava limanlarında uçuşlar dayandırılıb. Hazırda aeroportların fəaliyyətinin bərpası üçün tədbirlər görülür. Digər şəhərlərdən Tehrana gələn qatarlar şəhər kənarında dayanıb.
Güclü şaxta nəticəsində Tehran metrosunun beşinci xəttində enerji ötürən xətlər donub və həmin istiqamətdə metronun fəaliyyəti dayandırılıb.
Tehran şəhərinin əsas girişində yollar buz bağlayıb və hərəkət məhdudlaşıb. Hazırda yolların açılması istiqamətində işlər görülür.
Polis vətəndaşları zəruri olmadığı halda küçəyə çıxmamağa çağırıb. Paytaxtda havanın temperaturu - 6 dərəcə şaxtadır.
İranın əksər bölgələrində şaxtalı hava şəraiti davam edir və 7 əyalətdə magistral yollarda avtomobillərin təkərlərinə zəncir taxmadan hərəkət etmək mümkün deyil.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
















