Güclü yağış Gəncədə 12 evi uçurdu

Gəncədə yağan güclü yağış bəzi evlərə ciddi zərər vurub. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, ötən gün səhər saatlarında başlayan güclü yağış nəticəsində şəhərin Kəpəz rayonu, Vəli Xuluflu küçəsindəki evlərdən bəzilərini su basıb. Məlumata görə, ən çox zərər Gəncə çayının sahilindəki evlərə dəyib. Burada ümumilikdə 12 evi su basıb ki, onlardan əksəriyyəti uçub. Bəzi evlərdə suyun hündürlüyü hətta 1 metrdən daha çoxdur.
Evlərin uçması zamanı bir nəfərin də yüngül xəsarət aldığı bildirilir.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin su çəkən avtomobilləri cəlb edilib. Hazırda su dolan zirzəmilərdə suyun çəkilməsini həyata keçirirlər.
Qeyd edilən əraziyə elektrik enerjisinin verilişində problem yaranıb və bu problemin aradan qalxdığı bildirilir.
Hazırda havanın normal olduğu bildirilir.
İki gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən əhaliyə hava xəbərdarlığı edilmişdi. Bildirmişdilər ki, 24-ü axşamdan başlayaraq hava şəraiti dəyişəcək.
Mayın 24-ü axşam, 25-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












