Banner

Günәşdәn әn uzaq göy cismi kəşf edildi

Gündəm 27 Fevral 2019 23:45 Oxunub 1073
Günәşdәn әn uzaq göy cismi kəşf edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şepard göy cismini təsadüfən kəşf etdiyini bildirib

Amerikanın Aviasiya və Kosmos Agentliyinin (NASA) mütәxәssisi Skot Şepard   Günəş sistemində yeni göy cismi kəşf edib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, göy cisminә “FarFarOut” adı verilib. Bu cisim Yerlə Günәş arasındakı məsafədən 140 dəfə daha uzaqda yerləşir. Bu isə faktiki olaraq Günəşdən ən uzaq göy cismi deməkdir.

Şepard göy cismini təsadüfən kəşf etdiyini bildirib: “Dünən qar yağdığı üçün ediləcək çox işim yox idi. Ona görə də bəzi statistikalarımızı nəzərdən keçirmək istəyirdim. Bu zaman “FarFarOut”u kəşf etim. Cisim haqqında hələlik heç bir məlumata sahib deyilik”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh