Günay İbrahimli yayılan video ilə bağlı açıqlama verdi - VİDEO

Müğənni Günay İbrahimli yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yaydığı video ilə bağlı açıqlama verib. Avtosfer.az xəbər verir ki, müğənni yol hərəkəti qaydalarını pozması barədə danışaraq qayda pozuntusuna görə cəriməsini ödəyəcəyini deyib: “Artıq neçə ildir sürücüyəm. Təcrübəm böyükdür, bu günə qədər heç bir qəza törətməmişəm. Buna görə də selfie çəkərkən çaş-baş qalmamışam. Düzdür, videoda qayda pozmuşam və səhvimi də boynuma alıram. Qanunda yazılan cəriməni ödəyəcəm və bir daha bu cür addım atmayacam".
Günay İbrahimli qayda pozuntusuna görə 40 manat cərimələnib.
Videodan da göründüyü kimi, Günay İbrahimli sükan arxasında mobil telefon əldə saxlamaqla ondan istifadə edir, selfi çəkdirir və diqqəti sükanda yox, çəkdiyi şəkillərdədir. Bununla o, 50 manatlıq qayda pozur. Bundan əlavə, xanım müğənni avtomobili idarə edərkən əllərini sükandan çəkir. Bu isə 40 manat cərimə deməkdir. Üstəlik, Günay İbrahimli sükan arxasında təhlükəsizlik kəmərini bağlamayıb. Bu da 40 manatlıq cərimədir. Və nəhayət, Günay İbrahimli sükan arxasında diqqəti yayındıran söhbətə qoşulub. Yəni, onun diqqəti yolda və sükanda yox, rəfiqəsində və çəkdiyi fotolardadır. Bu da 40 manatlıq qayda pozuntusu sayılır. Bütövlükdə, Günay İbrahimli bu videoda 170 manatlıq qayda pozuntusuna yol verib.
Qeyd edək ki, videoya şərh yazanların əksəriyyəti Günayın bu hərəkətinin təhlükəli olduğunu qeyd ediblər.
Həmin videonu təqdim edirik:
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












