Günayın keçmiş əri hava limanında saxlanıldı

Aktyor Tolqa Karel göz altına alınıb. Avtosfer.az-ın axşam.az-a istinadən məlumatına görə, bir müddətdir ABŞ-da yaşayan aktyor bu gün Çikaqodan İstanbula qayıdarkən Atatürk hava limanında saxlanılıb. Pasportu yoxlanılan Tolqanın bir il əvvəl baş verən davada şahid qismində ifadə vermədiyi məlum olub. Ondan məhkəməyə gəlmək tələb olunsa da, lakin Karel prosesdə iştirak etməyib. Jurnalistlərə açıqlama verən aktyor heç bir problemin olmadığını, ölkə xaricində olduğu üçün ifadə verə bilmədiyini bildirib: "İfadəmi almaq üçün məhkəməyə aparırlar". Qeyd edək ki, Tolqanın azəbaycanlı model Günay Musayevadan Cihangir adlı bir övladı var. Karel və Musayeva 2015-ci ildə boşanıb. 2016-cı ildə ABŞ-da Sarah Skottla evlənən Karelin bir həftə əvvəl daha bir övladı olub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












