Gündəmi zəbt edən sürücünün oğlu DANIŞDI

Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
“Bolt” şirkətinin taksisi kənar yoldakı beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəzadan sonra sosial şəbəkələrdə sürücü, 1974-cü il təvəllüdlü Anar Nəcəfovla bağlı müxtəlif iddialar irəli sürülüb.
Avtosfer.az xəbər verir ki, "Savashmedia.az"ın əməkdaşı sözügedən avtomobilin sürücüsü Anar Nəcəfovun oğlu Elvir Nəcəfovla əlaqə yaradıb:
“Atamın durumu çox ağırdır. Qəzadan sonra o, Sabunçu xəstəxanasına yerləşdirilib. Hazırda başımız qarışıq olduğundan baş verənlərlə bağlı ətraflı məlumat verə bilməmişik. Amma bir şeyi deyim ki, atamla bağlı mətbuatda yayılan informasiyaların əksəriyyəti yalandır. “Bolt” şirkəti açıqlama yayıb ki, guya atamın idarə etdiyi avtomobilin buraxılış kartı 8 Aprel tarixində ləğv olunub. Bu, tamamilə yalandır. Eyni zamanda atamın avtomobili başqa şəxsin adından qeydiyyatdan keçirərək idarə etməsi ilə bağlı deyilənlər də həqiqəti əks etdirmir. “Bolt” şirkətini məhkəməyə verməyə hazırlaşırıq”.
Elvir Nəcəfov atasının ayağına elektron qolbağın hansı səbəbdən taxıldığına da aydınlıq gətirib:
“Atamın dələduzluq ittihamı ilə məsuliyyətə cəlb olunması barədə xəbərlər də yalandır. Onun banka borcu olub, qaytara bilmədiyinə görə, barəsində tədbir görülüb. Ayağına elektron qolbağın taxılması da bununla bağlıdır”.
Qəzanın hansı səbəbdən baş verdiyinə gəlincə isə Elvir Nəcəfov bunu atasının sağlamlıq problemi ilə əlaqələndirib:
“Atamın səhhətində ciddi problemlər var. Onun tez-tez sudurqası tuturdu, qəza anında da bu baş verib. Buna görə də idarəetməni itirib və məlum qəza baş verib”.
Bakı metrosunda böyük dəyişiklik: Xətlərin ayrılması hansı üstünlüklər yaradacaq?
İran–Oman razılaşması Orta Dəhlizə necə təsir edəcək? – AÇIQLAMA
“Wolt” sifarişləri düzgün qablaşdırılmır? - Kuryerlər ŞİKAYƏTÇİDİR
Bakıda tıxacların həlli üçün yeni təklif: Bu yollar genişləndirilməlidir - EKSPERT
3 istiqamətdə tıxac var - Sürücülərin nəzərinə!
Azərbaycanda sürücüsüz avtobuslar: Bəs sürücülər nə edəcək?
Yeni kompensasiya mexanizmi ixracı canlandıracaq? – ŞƏRH
Metrodakı təmirə görə bu qədər avtobus ayrılacaq - FOTO
Hava nəqliyyatına tələbat azaldı
Azərbaycanda enerjidoldurma məntəqələrinin sayı niyə artmır? – Ekspert AÇIQLADI – VİDEO
Dünya ABŞ və Çin arasında seçim qarşısında qala bilər – POLİTOLOQ










