Gündüz reysləri dayandırılacaq - Mart ayında

1-27 mart 2016-cı il tarixlərində Tbilisi Beynəlxalq Hava Limanında bütün gündüz reysləri dayandırılacaq. Avtosfer.az xəbər verir ki, bu barədə "report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, uçuşların dayandırılmasına səbəb kimi təmir işləri göstərilib.
Tbilisi beynəlxalq hava limanını idarə edən "TAV Georgia"dan bildirilib ki, təmir işləri uçuş-enmə zolağında aparıldığından, gündüz vaxtı heç bir reys olmayacaq. Gürcüstanın əsas "hava qapısı"ndan bütün uçuşlar gecə həyata keçiriləcək.
Təmir işləri bir neçə mərhələdə olacaq. Buna görə də aprel və may aylarında da gündüz uçuşları müəyyən müddətə dayandırılacaq.
Bununla yanaşı, Tbilisi Beynəlxalq Hava Limanından reys həyata keçirən aviaşirkətlərin bu müddətdə hansı qərar qəbul edəcəyi məlum deyil. Belə ki, aviaşirkətlər reyslərini gecə saatlarına salmalı və ya ümumiyyətlə, onları ləğv etmək barədə özləri qərar qəbul etməlidir.
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?












