Günəşdə güclü partlayış qeydə alınıb

Cümə axşamı, mayın 7-də Günəşdə gücünə görə sondan əvvəlki sinfə (M) aid edilən partlayış qeydə alınıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "Mayın 7-də Bakı vaxtı ilə saat 19:14-də (Moskva vaxtı ilə 18:14) rentgen diapazonunda 70 dəqiqə davam edən M2.6 (N19E88) alışması qeydə alınıb", - deyə məlumatda vurğulanır. Qeyd edək ki, Günəşdəki partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı A0.0 sinfi Yer orbitində 1 kvadratmetrə 10 nanovat şüalanma gücünə bərabərdir. Hər sonrakı hərfə keçdikdə güc 10 dəfə çoxalır. Alışmalar zamanı günəş plazması tullantıları da müşahidə oluna bilər ki, bu plazma buludları Yerə çatdığı təqdirdə maqnit fırtınalarına səbəb ola bilər.
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA
Telefonla danışan sürücünü kamera ilə cərimələmək asan olmayacaq – ƏRŞAD HÜSEYNOV
AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
TƏBİB Bahadur Rzayevə həvalə olundu












