Günəşdə ikinci güclü partlayış olub

Günəşdə gün ərzində sondan əvvəlki güc sinfinə aid ikinci güclü partlayış qeydə alınıb. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "2 iyun tarixində Moskva vaxtı ilə saat 13:05-də (Bakı vaxtı ilə saat 14:05 - red.) 4455 günəş ləkələri qrupunda (N10W00) rentgen diapazonunda 31 dəqiqə davam edən M1.3 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.
***
İyunun 2-də səhər Günəşdə sondan əvvəlki güc sinfinə aid partlayış qeydə alınıb. Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "2 iyun tarixində Moskva vaxtı ilə saat 7:45-də (Bakı vaxtı ilə 8:45-də - red.) rentgen diapazonunda 5 dəqiqə davam edən M1.2 partlayışı (S22E89) qeydə alınıb", - deyə məlumatda bildirilib. Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA
Telefonla danışan sürücünü kamera ilə cərimələmək asan olmayacaq – ƏRŞAD HÜSEYNOV
AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
TƏBİB Bahadur Rzayevə həvalə olundu












