Günəşdə irimiqyaslı plazma qasırğası başlayıb

Dünəndən etibarən Günəşdə irimiqyaslı plazma qasırğası başlayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanı Tədqiq Agentliyinin (NASA) alimləri bildirib. Onların sözlərinə görə, qasırğanın başvermə səbəblərini və nə vaxta kimi davam edəcəyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Məlumata görə, plazma qasırğası Günəşdə geomaqnit qasırğalarının yaranmasına zəmin yaradır. Alimlər vurğulayıblar ki, plazma qasırğaları nadir hallarda qeydə alınır.
Xatırladaq ki, noyabrın 7-si və 8-də də Günəşdə qasırğa baş verib. Qasırğa noyabrın 9-u və 10-da maksimuma çatıb və ayın 11-də isə nisbətən zəifləyəcəyi gözlənilir. Noyabrın 15-də yenidən geomaqnit qasırğasının baş verəcəyi ehtimal olunur.
Alimlərin fikrincə, geomaqnit qasırğası daha çox xroniki xəstəliklərdən əziyyət çəkən insanlara təsir göstərəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












