Günəşli hava sabah da davam edəcək - Bakıda

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, paytaxtda bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 9-12 dərəcə isti, gündüz 14-18 dərəcə isti, Bakıda gecə 10-12 dərəcə isti, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












