Günorta kondisionersiz, axşam yeni qatarlar xəttə buraxılır?

Hazırda cəmi 3 ədəd kondisionerli qatarımız var. Gün ərzində isə metrodan 400-450 min sərnişin istifadə edir. Bəzilərinin bəxtinə kondisionerli qatarların düşməməsi normaldır. Avtosfer.az xəbər verir ki, bu sözləri Axar.az-a Bakı Metropoliteninin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev sərnişinlərin günorta saatlarında köhnə, axşam, sərin vaxtlarda isə yeni, kondisionerli qatarların xəttə buraxılması iddiasına cavab olaraq bildirib. N.Paşayevin sözlərinə görə, qatarlar hamısı qrafikə görə işləyir: “Qatarlar qrafik üzrə hərəkət edir. Bu da əvvəldən müəyyənləşdirilir. Əslində kondisionerli qatarlarımız sadəcə 3 ədəddir. Bu qədər qatarın içində 3 çox az rəqəmdir. Ona görə də bir çoxlarının rastına günorta saatlarında kondisionerli qatarlar çıxmaya bilər”.
Metropoliten sözçüsü bildirib ki, hazırda işlədilən qatarlarıın istifadə müddəti bitdikdə yeni qatarlar gətiriləcək: “Hazlırda xəttə yararsız, istifadə müddəti başa çatmış qatar yoxdur. Ehtiyac yarandığı təqdirdə təbii ki, yeni qatarlar alınacaq. Həmin qatarlar indiki qatarlardan çox-çox fərqlənəcək”.
Qeyd edək ki, metro istifadəçiləri qatarların qrafikinin düzgün bölüşdürülmədiyini, günorta vaxtı köhnə və kondisionersiz, axşam isə müasir və kondisionerli qatarların xəttə buraxılmasından narazılıq ediblər.
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










