Günvurma ölümə səbəb ola bilər - Həkimdən xəbərdarlıq

Son bir neçə gündür paytaxtda havanın temperaturu kəskin artıb. Hətta 35-38 dərəcəyə qədər yüksəldiyinin şahidi oluruq. Kəskin istilər olarkən açıq havada işləyən insanların təhlükəsizliyi məsələsi də gündəmə gəlir. Belə olduqda günvurmaya məruz qalanların da sayı çoxalır. Vətəndaşlar istilərdə günvurmaya qarşı nələr edə bilərlər?
Məsələ ilə bağlı terapevt Sübhan Hacıyev Avtosfer.az saytına açıqlamasında bildirib ki, bu aylarda günvurma diaqnozu ilə təcili tibbi yardıma müraciətlərə tez-tez rast gəlinir. Kəskin istilər insanın beyin qan dövranında və ümumi qan dövranında ciddi patologiyalara gətirib çıxara bilər.
.jpg)
"Bu zaman pasiyentlərdə daha çox ürəkbulanma, başgicəllənmə, qusma, əzələ qıcolmaları, halsızlıq simptomları müşahidə olunur. Günvurma həddindən artıq ciddi və hətta ölümlə nəticələnə biləcək bir vəziyyətdir. Bu zaman ilkin tibbi yardımda dəqiqələrin çox önəmi var. Orqanizm uzun müddət tərləmə, susuzlaşma nəticəsində su duz mübadiləsi pozulur, nəticədə dövr edən qanın həcmi kəskin azalır. Bədəndə mayenin həcmi azaldıqda tərləmə dayanır və orqanizm özünü lazımi dərəcədə soyuda bilmir. Hərarət elə həddə çatır ki, beyin və digər vacib orqanlar öz fəaliyyət qabiliyyətini tezliklə itirməyə başlayır. Bu zaman peşəkar tibbi yardım olmazsa, insan orqanizmində psixolonevroloji əlamətlər baş verir".
Terapevt vurğulayıb ki, bu cür hallarla qarşılaşan zaman təcili tibbi yardım çağırmaq, gün vuran şəxsi üst geyimlərindən azad etmək, bütün bədənini sərin su ilə silmək lazımdır. Ən əsası isə tez-tez soyuq qəbul olunmalıdır. Həkim qeyd edib ki, açıq havada çalışan şəxslərin iş qrafikinin isə müəyyən aralıqlarla olması tövsiyyə olunur. Əks halda bu onların həyatı üçün ciddi təhlükədir.
Səfər Əlizadə
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












