Gürcüstan Azərbaycandan benzin və dizel yanacağının idxalını azaldıb

Gürcüstan ötən ay Azərbaycandan 11,6 min ton benzin və dizel yanacağı idxal edib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, avqust ayında qonşu ölkəyə idxal olunmuş benzin və dizel yanacağının 11,5%-i Azərbaycanın payına düşüb. İyul ayı ilə müqayisədə Gürcüstanın Azərbaycandan qeyd olunan neft məhsullarının idxalı 16,7 min ton azalıb. Ötən ay Gürcüstana benzin və dizel yanacağının idxalı 100,1 min ton təşkil edib ki, bu da iyul ayının göstəricisindən 19,3 min ton azdır. Avqust ayında Gürcüstanın ən çox benzin və dizel yanacağı idxal etdiyi ölkələrin siyahısına Rumıniya (34,0 min ton) başçılıq edir. Gürcüstan həmçinin Bolqarıstan (20,1 min ton), Rusiya (18,2 min ton), Türkmənistan (8,5 min ton), Yunanıstan (6,5 min ton) və Ukraynadan (1,7 min ton) da sözügedən neft məhsullarını idxal edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












