Gürcüstan baş naziri:"Deputatın avtomobilinin partladılması seçkilər öncəsi təxribatdır"

"Vahid Milli Hərəkat müxalifət partiyasının deputatı Givi Tarqamadzenin olduğu avtomobilin Tbilisinin mərkəzində partladılması Gürcüstanın düşmənləri tərəfindən edilən təxribatdır. Onlar oktyabrın 8-də keçiriləcək parlament seçkiləri öncəsi ölkədə çaxnaşma yaratmaq üçün bu addımı atıb". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstan baş naziri Giorgi Kvirikaşvili deyib. "Artıq istintaq başlanılıb və günahkarların saxlanılması üçün bütün zəruri tədbirləri həyata keçirilir. Bu ağır cinayət yalnız ölkəmizdə azad və dinc seçki mühitiylə razılaşmayan qüvvələrin marağında ola bilər", - deyə G.Kvirikaşvili bildirib.
Qeyd edək ki, müxalifətçi deputatın olduğu avtomobilin partladılması nəticəsində dörd nəfər xəsarət alıb. Daxili İşlər Nazirliyi hadisəni araşdırır. G.Tarqamadzenin özü ciddi xəsarət almayıb. Deputatın sözlərinə görə, partlayış o ofisdən evə qayıdarkən baş verib və sükan arxasında sürücüsü olub.
Onu da əlavə edək ki, Gürcüstanda oktyabrın 8-də keçiriləcək parlament seçkilərində iki əsas rəqib olacaq - indiki hakim "Gürcü arzusu" partiyası və G.Tarqamadzenin də sıralarına daxil olduğu "Vahid Milli Hərəkat müxalifət partiyası.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












