Gürcüstan Çinlə Avropa arasında nəqliyyat axınlarını artırmağa hazırdır - Baş nazir

Gürcüstan Çin Xalq Respublikası ilə Çin və Avropa arasında nəqliyyat axınlarının artırılması sahəsində əməkdaşlığa hazır olduğunu ifadə edib.
Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Şanxayda keçirilən 8-ci Çin Beynəlxalq İdxal Malları Sərgisinin (CIIE) açılış mərasimində bildirib.
“Gürcüstan Çin və Avropa arasında nəqliyyat axınlarının artırılması məqsədilə bundan sonra da əməkdaşlığa hazır olduğunu təsdiqləyir,” - Baş nazir qeyd edib.
O, ölkələr arasında yükdaşıma sahəsində müsbət dinamikanı qeyd edib. Belə ki, 2025-ci ilin yanvar-avqust ayları ərzində Çin və Gürcüstan arasında daşınan konteynerlərin sayı 71% artaraq 12 min ədədə çatıb. Bundan əlavə, 2024-cü ildə daşınan yüklərin həcmi 2023-cü ilin göstəricisini 15 dəfə üstələyib.
İrakli Kobaxidzenin sözlərinə görə, 2025-ci ilin ilk doqquz ayı ərzində Çin və Gürcüstan arasında ticarət dövriyyəsi 1,65 milyard ABŞ dollarına çatıb və bu da 15% artım deməkdir.
“Əgər Gürcüstan Avropa və Asiya arasında strateji körpü rolunu getdikcə daha mühüm şəkildə oynamaqda davam edərsə, əməkdaşlığımız ticarət, infrastruktur və investisiyalar sahələrində nəzərəçarpan nəticələr verməyə davam edəcək, yeni imkanlar yaradacaq və iqtisadi dayanıqlığımızı möhkəmləndirəcək,” - deyə Baş nazir vurğulayıb.
Qeyd etmək lazımdır ki, Çindən Gürcüstan vasitəsilə Avropaya yüklərin daşınma həcminin artırılmasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ( Orta Dəhliz) mühüm rol oynayır. Bu, Çin, Qazaxıstan, Xəzər dənizinin akvatoriyası, Azərbaycan, Gürcüstan ərazisindən keçərək daha sonra Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Marşrut, həmçinin müasir reallıqlarda Böyük İpək Yolunun bərpasını nəzərdə tutan “Bir Kəmər, Bir Yol” adlı beynəlxalq layihənin inkişafına da xidmət edir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












