Gürcüstan hava yollarının Tbilisi-Moskva istiqamətində 4 reysi ləğv olunub

Gürcüstan hava yolları “Georgian airways" Rusiya tərəfinin bir həftədə Tbilisi-Moskva istiqamətində 4 reysi ləğv etdiyini bildirib.Avtosfer.az “Report”a istinadən xəbər verir ki, “Rusiyanın aviasiya rəhbərliyi tərəfindən "Georgian airways"in Kazan istiqamətində uçuşundan imtina edilib. İndi isə aviasiya rəhbərliyi gözlənilmədən “Georgian airways" bir həftədə Tbilisi-Moskva istiqamətində 4 uçuşu ləğv etdiyi barədə məlumat göndərib”. Məlumatda qeyd olunub ki, Gürcüstanın İqtisadiyyat və Davamlı inkişaf Nazirliyi Rusiya tərəfinin qərarına reksiya vermir. Qeyd edək ki, Rusiya və Gürcüstan 2014-cü il sentyabrın 15-dən iki tərəf arasında müntəzəm reyslərin bərpa olunduğunu elan edib. Gürcüstan hava yolları Moskva istiqamətində həftədə 14-18 uçuş həyata keçirir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












