Gürcüstan sərhədində böyük tıxac – “Bizə zülm edirlər” – VİDEO

Bu dəqiqələrdə Azərbaycan-Gürcüstan sərhədində bir neçə kilometrlik tıxac yaranıb. Avtosfer.az bildirir ki, bu barədə Bakupost.az-a sərhəddə gözləyən Azərbaycan vətəndaşları məlumat verib. Onlar bildirib ki, səhər saatlarından bu vaxta kimi Qırmızı körpüdə növbədə dayanıblar. Buna səbəb kimi Azərbaycan tərəfinin nəzarət buraxılış məntəqəsində bitib-tükənməyən yoxlamalar, əməkdaşların ləng fəaliyyəti göstərilir. Gürcüstana dincəlməyə gedən əhali istirahət həvəsinin burunlarından gəldiyini bildirir: “Qadın, uşaq, hamı səhərdən tıxacda oturub. Gürcüstan tərəfi bizdəki bu qədər yoxlamalara və növbəyə gülür. İnsanlara əzab verirlər. Yük daşıyan “Qazel”lər üçün orta yol var. Gəlib rahat keçirlər. İstirahətə öz avtomobili ilə gedənləri isə belə zülmə düçar edirlər. Yoxlamalarına bir şey demirik, qanun belə deyirsə, olsun. Amma ya işçinin sayını artırsınlar, ya da başqa bir yol düşünsünlər. Belə olmaz axı…”
Qeyd edək ki, gürcüstan sərhəddində belə anormal, dözülməz vəziyyətə tez-tez rast gəlinir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












