Gürcüstanda Azərbaycanla sərhədə qədər olan avtomobil yolu təmir ediləcək
Gündəm
5 Dekabr 2017 15:40
Oxunub 943

2018-ci ildə Gürcüstan hökuməti infrastruktur layihələrinə xərcləri artırmağı planlaşdırır
2018-ci ildə Gürcüstanda Azərbaycanla sərhədə qədər olan avtomobil yolu təmir olunacaq. Avtosfer.az-ın APA-ya istinadən məlumatına əsasən, avtomobil yolunun Tbilisi-Qırmızı Körpü və Rustavi-Qırmızı körpü hissələrinin yenidən qurulmasına dövlət büdcəsindən 25 milyon lari məbləğində vəsait ayrılacaq. Ümumiyyətlə, 2018-ci ildə Gürcüstan hökuməti infrastruktur layihələrinə xərcləri artırmağı planlaşdırır. Gələn ilin büdcə layihəsinə əsasən, qonşu ölkədə yol infrastrukturunun tikintisi və yenidən qurulmasına 1,3 milyard larinin yönəldilməsi nəzərdə tutulub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













