Gürcüstanda dəhşətli qəza: 4 ölü - Maşının sahibi azərbaycanlıdır - FOTO

Gürcüstanda saat 16.00 radələrində ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə Poniçala-Marneuli magistral yolunun 12 kilometrliyində yerləşən Kumisi kəndində baş verib. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, sürətlə hərəkət edən avtomobil magistral yolun kənarındakı təndirxanaya çırpılıb. Nəticədə avtomobilin içində olan 3 nəfər hadisə yerində ölüb. Milliyyətcə gürcü olan qadın sərnişin isə müxtəlif xəsarətlərlə Marneulidəki xəstəxanaya çatdırıldıqdan sonra ölüb. Hadisə nəticəsində ölənlərdən ikisi gürcü millətindən olan yaşlı qadın, digəri isə gənc qız olub. Qəzada Marneuli sakini, 19 yaşlı bir azərbaycanlı gənc də ölüb. Qəza nəticəsində erməni millətindən olan 26 yaşlı sürücü də həyatını itirib. Məlumata görə, qəza törədən avtomobil Marneuli sakini 19 yaşlı azərbaycanlı Talıb Allahverdiyevə məxsus olub.
Hadisə yerinə polis patrul xidməti və təcili yardım avtomobili gəlib. Qəza ilə bağlı araşdırmalar aparılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI














