Gürcüstanda yaşayan soydaşlarımızdan orduya dəstək - VİDEO

Gürcüstanın Qaraçöp mahalında yaşayan soydaşlarımız hər zaman ölkəmizin və xalqımızın yanında olduqlarını bəyan ediblər.
Qaraçöp sakinlərinin təşəbbüsü ilə Vətən savaşı aparan, öz ərazi bötövlüyünü təmin etməyə çalışan Azərbaycan dövlətinə və ordusuna dəstək göstərilib.
Soydaşlarımız dövlətimizə və ordumuza dəstəklərini Azərbaycana xırdabuynuzlu heyvanlar göndərməklə nümayiş etdiriblər. Sakinlər xırdabuynuzlu heyvanları Azərbaycan bayraqları ilə bəzədilmiş xüsusi avtomobillərə (TIR-lara) yükləyərək ölkəmizə yola salıblar.
Əslən Qaraçöpdən olan əməkdar kənd təsərrüfatı işçisi İlham Quliyev bildirib ki, Qaraçöp mahalında yaşayan soydaşlarımız hər zaman Azərbaycan dövlətinin yanındadır:
“Gürcüstanda bizim çoxsaylı soydaşlarımız var. Vətən Müharibəsi günlərində Gürcüstanda yaşayan, o cümlədən, Qaraçöpdəki 30 minədək soydaşımızın hər birinin ürəyi Azərbaycanladır. Burada yaşayan soydaşlarımız hər zaman Azərbaycan Prezidentinin, dövlətinin diqqət və qayğısını öz üzərilərində hiss ediblər.
İndi də azərbaycanlılar yaşayan kəndlərin inkişafı davam edir. Bu kəndlərin istər kommunal, istər yol problemləri həll edilir. İnkişafı hər kəs öz gözü ilə görür. Qaraçöplülər də öz istəkləri ilə ordumuza, dövlətimizə müəyyən ərməğan etmək qərarına gəliblər.
Bu ərməğanın çatdırılmasında bizə Azərbaycanın Gürcüstandakı səfirliyi böyük yardım etdi. Onlara da təşəkkür edirəm. Vətən Müharibəsində qələbə bizim olacaq. Qaraçöp mahalının sakinləri hər zaman Azərbaycan dövlətinin, Prezidentinin, Ordumuzun yanındadır, hər zaman onlara dəstək verir”.
Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq müxtəlif ölkələrdə yaşayan hər bir soydaşımız fərqli platformalarda dəstək göstərərək, tariximizin şanlı səhifəsini yazan dövlətimizin yanında olduqlarını bəyan edirlər.
Daha ətraflı Baku TV-nin videosüjetində:
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










